777 dollar adıyla camaatı qəpiyinəcən soyurlar
Bir neçə həftə əvvəl Azərbaycanda yüzlərlə insanın minlərlə manat yatırdığı ”Pazfarm” şəbəkə üzvlərinin vəsaitləri mənimsəyərək, yoxa çıxdığı barədə xəbər vermişdik. İnsanlar bu şəbəkə vasitəsilə virtual formada taxıl sahəsi alıb, kartof, qarğıdalı əkib pul qazanırdılar. Yoxa çıxan ”Pazfarm” zəncirinin yaradıcıları Azərbaycanda adı “Future Farm” olan yeni piramida şəbəkəsi yaradıblar. Bu barədə Texno bloger Fərid Pərdəşünas öz sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, şəbəkə yeni yaranmasına baxmayaraq artıq bura yüzdən çox insan qoşulub. “Akram” adlı şəxs Azərbaycan üzrə kuratordur və təsisçilər platformanı xaricdən idarə edir. Dövlət qurumları virtual fırıldaqçılıqla bağlı dəfələrlə insanlara müraciət etsələr də, tələyə düşənlərin say gün-gündən artır. Amma ayıq-sayıq vətəndaşlarımız da az deyil. İnsanları “Future Farm” şəbəkəsinə dəvət etmək üçün bu tip şirnikləndirici elanlardan da istifadə edirlər. Hüquqşünas Şamil Paşayev deyir ki, insanların asan yolla pul əldə etmək istəkləri onlara baha başa gəlir. Hüquqşünas onu da qeyd edir ki, belə hallarla rastlaşan vətəndaşlar vaxt itirmədən polis və ya prokurorluğa müraciət etməlidirlər. LƏMAN SALEHOVA RASİM BƏHRAMİ APA TV