88 yaşındakı kişi gəlinini güllələdi, özünü də öldürmək istədi
Bu gün saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində qətl törədilib. Belə ki, 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızı qətlə yetirilib. Araşdırma zamanı 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlunun Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı gəlini Gülnarəni ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Mərhumun qohumları hadisə yerində çəkiliş aparmağımıza maneəçilik törətsələr də, ərazidə yaşayan bir nerçə şəxsdən yalnız onu öyrənə bildik ki, Gülnarə məktəblərin birində müəllimə kimi fəaliyyət göstərirmiş. Qaynatası ilə aralarındakı mübahisə uzun müddətli imiş ki, yaranıbmış. Hətta iddia olunur ki, qətl hadisəsi mülk üstündə törədilib. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.
AYTƏN SAKİTQIZI RASİM BƏHRAMİ APA TV