AAYDA problemin həll olunacağını desə də, insanlar ölümlə üzbəüz qalıb
Analoji vəziyyət 11-ci mikrorayon ərazisində inşa edilən keçşiddə də müşahidə edilir. Bakı-Sumqayıt yolunun Xırdalan ərazisindən keçən hissəsində inşa edilən keçidin bir hissəsində isə məhəccərlər yoxdur, keçidin içi də natəmiz saxlanılır. Ekspertlər hesab edir ki, yerüstü piyada keçidlərində məhəccərlərin və qurğuların işlək vəziyyətdə olmaması şəhər mühitində keçid praktikasının yalnış qurulmasından xəbər verir. Məsələ ilə bağlı yollandıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentlyinə. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, problem qısa zamanda aradan qaldırılacaq. Bax bu qısa zamanın dəqiq tarixi bilinmir. Bəlli olan təkcə odur ki, keçidlər əlverşsiz olduqca piyadalar yolu elə maşınların hərəkət etdiyi hissədən keçmək məcburiyyətində qalacaqlar. Bu isə onların həyatını təhlükə altında qoyur.
AYTƏN SAKİTQIZI