Abşeronda dəhşət: Oğul atasını bıçaqladı

Əliyev Ceyhun Mobil oğlu Masazır qəsəbəsində atası 1956-cı il təvəllüdlü Əliyev Mobil Məhərrəm oğlunu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs tutulub və faktla bağlı cinayət işi başlanılıb. Ceyhun Əliyevin atası Mobil Əliyev ailəsinə oğlu ilə mübahisə etdiyi üçün peşman olduğunu bildirib.

Xədicə Səxavət, Əli Əliyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv