Abşeronda dəhşətli cinayət: kişi arvadını öldürdü – Qonşular nə danışdı
Xırdalan şəhəri Nəsibə Zeynalova küçəsi 17 b ünvanında ər arvadının başını kəsərək qətlə yetirdiyi bildirilir. Qonşular bildirir ki, 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayeva ilə əri 1974-cü il təvəllüdlü Laçın Əhmədağayev arasında son 1 həftə ərzində ailə daxilində münaqişələr yaranıbmış. Ailənin 3 yaşlı qızları var imiş. Məlumata görə, Laçın Əhmədağayevin öz qonşuları ilə mübahisələri olurmuş. Abşeron rayon prokurorluğundan bildirilib ki, araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
Xədicə Səxavət Vüsal Qənbərov