Abşeronun məşhur zeytun dolması belə hazırlanır

Azərbaycan mətbəxi ləziz reseptlərlə zəngindir. Bu mətbəxin istər qədim, istərsə də yeni yaranan yeməkləri öz təbiiliyini qoruyub və insanların vaz keçə bilmədiyi ləzzətlərə çevrilib. Belə yeməklərdən biri də Zeytun dolmasıdır. Zeytun dolmasını hazırlamaq həm böyük səbir, həm də vaxt tələb edir. Çünki bu dolmanın ən vacib inqridienti olan Zeytunu dolma üçün hazırlamaq özü 3-4 gün vaxt aparır. Əvvəlcə çəyirdəksiz duzlu zeytunları üç gün suya qoyub, hər gün suyunu dəyişirik. Dördüncü gün isə həmin zeytunları zeytun yağında gözlədirik. Nəhayət dörd günün sonunda dolmanı hazırlamağa başlayırıq. İçliyin hazırlanması üçün zövqə görə, toyuq, mal və ya balıq əti seçə bilərsiniz. Əti xırda doğranmış soğanla qızardıb, üzərinə zirinc, qoz və ədviyyatlar əlavə edilərək qovurulur. Daha sonra isə zeytun dolmamız hazırlanır. Zeytun dolması qazanda bişirilmir. Bu yemək soyuq yeyilən yeməkdir.

Xədicə Səxavət, Əli Əliyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv