“Ağıllı lövhə”lər göz xəstəlikləri yaradır?

Orta məktəblərdə tədrisin mənimsənilməsini asanlaşdırmaq üçün istifadə edilən “ağıllı lövh”ələr artıq valideynləri narahat etməyə başlayıb. Onların fikrincə bu ağ lövhələr uşaqların gözlərinə mənfi təsir edir. Orta məktəblərdə bir neçə ildir ki, istifadə edilən bu elektron lövhələr övladlarımızın sağlamlığı üçün nə dərəcədə təhlükə yaradır. Oftalmoloq Aygün Rəhimzadə mavi ekranların böyüməkdə olan orqanizmə neqativ təsir etdiyini bildirdi. Məsələ münasibət bildirən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə elektron resuslarından istifadənin müəyyən saatları olsa daha yaxşıdır. Ekspertin sözlərinə görə dərs boyu elektron lövhələrdən istifadə yolverilməzdir. Mütəmadi istifadə sağlamlıqda təbii ki, problemlərə yol açacaq.

Fizzə İsmayılova,

Həzrət Bayramlı,

Apa tv

Müəllif | Apa.Tv
Apa.tv