APA TV Qubanın dağ kəndində - Müxbir qartopu həvəsinə düşdü

Qarın sorağı, ətrafın ağ rəngə boyanması şəkil həvəskarlarının da Qubanın dağlıq kəndlərinə üz tutmasına səbəb olur. Güclü qar Quba-Xınalıq avtomobil yolunda da çətinlik yaradıb. Nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yola qum-duz qarışığı səpilib. Lakin yol yüksək dağlıq ərazilərdən keçdiyindən burada axşam saatlarında hərəkət təhlükəlidir. Qeyd edək ki, bu gün Quba, Qusar və Xızının yüksək dağlıq ərazilərinə 14 sm. qalınlığında qar düşüb. Qar daha çox Qubanın Qrız, Xınalıq, Qusarın Laza və Xızının Altıağac yaşayış məntəqələrinə yağıb.

Cəfər Talıb, APA TV, Quba

Müəllif | Apa.Tv
Apa.tv