ARAF rəsmisi Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib

Bakıda keçirilən I Baş Assambleyada yeni yaradılan qurum - Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb və rəhbər heyət seçilib. 1-2 fevral tarixlərində Binə Atçılıq Mərkəzində keçirilən tədbirə bütün qitələri təmsil edən 19 ölkədən 29 nümayəndə qatılıb. Keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib. Böyük Britaniyanı təmsil edən Anna Holl, türkiyəli Zübeyir Bekiroğlu və mərakeşli Moubdi Mohamed federasiyanın vitse-prezidenti seçilib. Qeyd edək ki, tədbirin keçirildiyi 2 gün ərzində xarici ölkələrdən gələn qonaqlar Qarabağ atlarının milli rəqs kompozisiyasıyalarını da izləyiblər. Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyasında çıxış edən DSX rəisi general-polkovnik Elçin Quliyev çövkən oyununun tarixi haqqında qonaqlara ətraflı məlumat verib.

LƏMAN SALEHOVA ZİYA ALLAHYAROV APA TV

Müəllif | Apa.Tv
Apa.tv