Aramsız yağış Astara yollarında fəsadlar yaradıb

Astarada bir neçə gündür davam edən güclü yağış gediş-gəlişi çətinləşdirib. Yağış əsasən Astara rayonunun Şiyəkəran kəndinin yollarında problemlər yaradıb. Küçələrdə böyük gölməçələr əmələ gəlib. Bu da sakinlərin gediş-gəlişində çətinliklərə səbəb olub. Sakinlər yollardakı gölməçələrə görə uşaqları məktəbə aparmağın çətin olduğunu bildiriblər. Sakinlər deyir ki, yolların bu vəziyyətdə olması bütün işlərə öz mənfi təsirini göstərir. Şiyəkəran kənd bələdiyyəsinin sədr əvəzi Rövşən Heydərovun sözlərinə görə, küçələrdə yığılıb qalan sulara səbəb, su ötürücü kanalların olmamasıdır. Sədr əvəzi onu da bildirdi ki, gələcəkdə Şiyəkəran kənd yolunun bərpası üçün vəsait ayrılarsa, həmin yollarda təmir aparılıb, asfaltlanma işləri görüləcək. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara

Müəllif | Apa.Tv
Apa.tv