“Arendaya ayrılan pulu reklama xərcləyib qat-qat artıq effekt əldə etmək olar”

“Arendaya ayrılan pulu reklama xərcləyib qat-qat artıq effekt əldə etmək olar” – APA TV Alıcı azlığı əsasən geyim mağazalarında nəzərə çarpır. Bu da onlayn ticarətin artması ilə əlaqəndirilir. Onlayn ticarət alıcılar üçün rahat olduğu qədər satıcılar üçün də sərfəlidir. Satıcılar onlayn satış edərkən mağazaya görə icarə haqqı ödəmək qayğısından azad olurlar. İcarə haqları obyektin yerləşdiyi əraziyə görə dəyişir. İnsanların daha sıx olduğu mərkəzi hissələrdə icarə haqqı daha yüksəkdir. İcarə qiymətlərinin yüksək olması həmin obyektlərdəki məhsulların da kəskin qiymət artımına gətirib çıxarır. Paytaxtla regionlardakı icarə qiymətlərində kəskin fərq mövcuddur. Belə ki, bölgədə 100 kv metrlik obyekt 50-70 min manat arasında dəyişirsə, Bakıda eyni ərazi 1-3 milyon manata təklif olunur.

ORXAN ASLAN TURAL ƏLİZADƏ APA TV

Müəllif | Apa.Tv
Apa.tv