“Artıq evdə də söz-söhbət başlayırdı ki, nə vaxta qədər..”
Azərbaycanda baletin yaranması ötən əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrlərdə bu sənətə birmənalı yanaşılmırdı. Zaman keçdikcə cəmiyyət balet sənətini qəbul etməyə başladı. Baletə maraq getdikcə artdı. Günümüzdə isə balet Azərbaycanda sevilmkdədir. Amma bu, onların problemsizliyi demək deyil. Əsas narahatlıqları isə pensiya yaşıdır. Opera və Balet Teatrının direktor müavini Fərid İbrahimov keçmiş balet artistidir. O, baletin ən çətin sahələrindən olduğunu deyir. Əməkdar artist Yuriy Labaçevin isə artıq 47 yaşı var və o, hələ də səhnəyə çıxır. Edvard Arazov da saçını səhnədə ağardıb. O, Azərbaycanda balet sənətinin gələcəyi ilə bağlı narahatdır. Fərid İbrahimov deyir ki, balet sənəti səhnədə gözəllik tələb edir. Balet artisti müəyyən yaşa çatdıqdan sonra isə fiziki cəhətdən də həmin səhnə performansını göstərə bilmir. Fərid İbrahimovun sözlərinə görə, valideynlər perspektiv görmədikləri üçün övladlarını balet sənətinə vermək istəmirlər. Bu da Azərbaycanda balet sənətinin tənəzzülünə gətirə bilər. Murad Əliyev 15 il Musiqili Teatrın balet truppasında çalışıb. Lakin bu sahədə gələcək görmədiyinə görə sənətdən ayrılmalı olub. Sözügedən məsələ Milli Məclisdə dəfələrlə gündəmə gətirilsə də, hələ müsbət nəticələnməyib. Amma məsələnin yenə parlamentdə müzakirəsi gözlənilir. Mədəniyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi diqqət mərkəzindədir. Bununla bağlı işçi qrup da fəaliyyət göstərir. Xarici təcrübədə balet artistləri 15-20 il səhnə fəaliyyəti ilə məşğul olduqdan sonra pensiyaya çıxa bilirlər. Azərbaycanda da daha əvvəl balet artisləri 40 yaşında pensiyaya çıxırdılar. Sonra isə güzəştli şərtlərlə pensiya alan əhali kateqoriyası siyahısında dəyişiklik edildi. Əmək pensiyaları haqqında qanuna əsasən, bir sıra şəxslərin yaşa görə güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququ var. Buraya balet artistləri də aiddir aiddir. Lakin bu güzəşt müddəti əvvəlki dövrlə müqayisədə 3-4 dəfə azdır. Qeyd edək ki, hazırda qadınların 65, qadınlar isə 63 yaş 6 aydan sonra pensiyaya çıxa bilər. Sözügedən peşə sahibləri isə müvafiq olaraq 60 və 58 yaş 6 ay sonra pensiyaya çıxa bilərlər.
ORXAN ASLAN VÜSAL BAYRAMOV TURAL ƏLİZADƏ APA TV