Astarada sürüşmə: “Ev Hirkan Milli Parkının ərazisində yerləşir”

Astara rayonunun dağlıq kəndi olan Şüvidə torpaq sürüşməsi baş verib. Bir ev yaşamaq üçün yararsız hala düşüb. Sürüşmə davam edərsə ətrafdakı evlər üçün də təhlükə yarana bilər. Torpaq qatının sürüşməsi nəticəsində kənd sakini Habil Cümşüdova məxsus ev yaşamaq üçün yararsız vəziyyətə düşüb. 15 – 20 metr eninə, 50 metr çaya doğru sürüşən torpaq qatı ətraf evlər üçün də təhlükə yarada bilər. Astara rayon icra hakimiyyətinin Şüvi inzibati ərazi vahidliyi dairəsi üzrə nümayəndəsi Əbülfət Qüdrətov bildirib ki, Şüvi kənd sakini Cümşüdov Habil Bəxtiyar oğlunun fərdi yaşayış evi, yağan yağışlar zamanı sürüşməyə məruz qalıb və həmin ev Hirkan Milli parkının ərazisində yerləşir. Bu ərazi erroziyalıdır yəni, həssas zonadır. Onu da qeyd edək ki, sürüşmə zonasında daha 10 – na yaxın ev var. Sürüşmə davam edəcəyi təqdirdə o evlər üçün də təhlükə yarana bilər. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara

 

Müəllif | Apa.Tv
Apa.tv