Astaranın bu kəndinin sakinləri sel qorxusu ilə yaşayırlar
Astara rayonunun Şahağacı kəndində 50-ə yaxın ev üçün təhlükəli vəziyyət yaranıb. Vaxtında qabaqlayıcı tədbirlər görülməsə, həmin evlərdə yaşayan sakinlər evlərini tərk etmək məcburiyyətində qalacaqlar. Belə ki, burada torpaq sürüşməsi intensivləşib. Ərazidən keçən Pensərçay qarşısına çıxdığı torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır. Pensərçay sağ və sol sahillərinə doğru 20 – 25 metr genişlənib. Sakinlərin istifadə etdiyi yolda təhlükəli vəziyyət yaranıb. Qeyd edək ki, ilin sonuna kimi ərazidə tədbirlərin görülməsi nəzərdə tutulub.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Astara