“Atam Əhədlə çıxdığım Füzuliyə nəvəm Əhədlə qayıdıram”

Böyük qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Bu gün də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə daha 117 nəfər olmaqla 28 ailə köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar. Qeyd edək ki, hazırda Füzuli şəhərində 928 nəfərin, yəni 258 ailənin daimi məskunlaşması təmin edilib.

ORXAN ASLAN

HƏZRƏT BAYRAMLI

APA TV

Müəllif | Apa.Tv
Apa.tv