Attraksionlar istifadəyə yararlıdırmı? – Valideynlərə MÜRACİƏT

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə üz tutacaqları istirahət və əyləncə mərkəzlərinə baxış keçirilib. Məqsəd təhlükəsizlik tələblərinin yoxlanılmasıdır. Fövqəladə Hallar nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin şöbə rəisi Sahil Mənsimov valideynlərə müraciət ünvanlayıb. Qeyd edək ki, agentlik təhlükə potensiallı obyektlərdə dövlət nəzarətini həyata keçirir. Həmçinin parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılıb.

Aygün Carçıyeva, Rasim Bəhrami, APA TV

Müəllif | Apa.Tv
Apa.tv