Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində niyə savaş istəyir?

“Baş verən hadisələr Ermənistanın açıq şəkildə təxribatı idi”. Bu fikirləri APA TV-yə açıqlamasında politoloq Zaur Məmmədov bildirib. O həmçinin Nikol Paşinyanın “Telegraf” agentliyinə müsahibəsindən sitat gətirib. Çünki Nikol açıqlamasında Ermənistanın müdafiə qabiliyyətini gücləndirdiyini deyib. Ermənistanın Baş naziri oxşar bəyanatları parlamentdəki çıxışında da səsləndirib. Əlbəttə ki, fransız generalın Azərbaycanla sərhədə gəlməsi də təsadüfi deyildi. Politoloq onu da vurğuladı ki, halbuki bu təxribatlardan əvvəl iki ölkə arasında danışıqlar gedirdi və prosesdə iştirak edən üçüncü tərəf əsas mətnin nədən ibarət olduğunu bilirdi. Mətnə dəyişikliyi isə həmişəki kimi İrəvan edirdi. Bu, Ermənistanın vəziyyəti uzatmaq cəhdləridir. Hər halda 2018-ci ildə Ermənistan hakimiyyətinə “beyzbolka” ilə çıxan Paşinyanın da siyasi təfəkkürü gorbagor Minsk Qrupunun dondurulmuş rejimindədir. Amma Zaur Məmmədovun da dediyi kimi, Ermənistan tərəfi ağlını başına yığmalıdır. Əks halda adekvat cavab tədbirləri genişlənər və Yerablurda yer qalmayacaq. Digər tərəfdən isə Ermənistan kimi soyqırım və işğallara köklənmiş dövlətlərin ordusu olmamalıdır ki, cinayətlər təkrarlanmasın. Siyasi analitik Yeganə Hacıyeva isə bildirib ki, sərhəddəki sabitlik Avropa ittifaqının Ermənistandakı mülki missiyasının planlarını pozurdu və onların regionda yerləşməsi üçün gərginlik lazım idi. Yeganə Hacıyeva əlavə edib ki, Avropa İttifaqı öz missiyasının sərhəddə nə işlə məşğul olduğu sualına cavab verməlidir. Həm də Azərbaycan tərəfi sərhəddə heç bir gərginliyi qəbul etmir, yəni Azərbaycan əsgərinə atılan bir güllənin mütləq daha sərt cavabı olacaq. Hər haıda Bakının indiki cavab tədbirləri Avropadan İrəvana sifariş olunan sərhəd gərginliyinin qarşısnın alınmasına hesablanıb. Lakin Paşinyan hökuməti Azərbaycanın səbr kasasını daşdırmağa davam etsə, Bakıdakı Qənimətlər Parkında binokllar da olacaq.

Müəllif | Apa.Tv
Apa.tv