Avropanın nüfuzlu xəbər kanalı seçkilərdən reportaj hazırladı – “Xalq İlham Əliyevə səs verdi”
Dünyanın tanınmış media qurumlarından olan “Euro¬news” Azərbaycandakı növbədənkənar prezident seçkiləri ilə bağlı sujet hazır¬layıb. Reportajda Azərbaycan prezidentinin ailəsi ilə birgə Xankəndidə səsvermədə iştirak etdiyi vurğulanıb. Seçki prosesi və onun nəticələri barədə “euronews”a müsahibə verən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, artıq regionda sülhün bərpası üçün tarixi şans yaranıb. Prezidentin köməkçisi müsahibəsində Azərbaycanın seçkilərdən sonra sosial, iqtisadi və siyasi inkişafın yeni mərhələsinə qədəm qoyulduğunu da bildirib. Videomaterialda işğaldan azad olunmuş rayonlarımızda da seçkilərin keçirildiyi vurğulanıb və Füzulidəki səsvermə barədə məlumat verilib. Qeyd olunub ki, işğaldan azad olunmuş Qarabağa geri qayıtmış azərbaycanlılar səsvermədə 100 faizlik nəticə ilə Prezident İlham Əliyevi dəstəkləyiblər. Süjetdə İlham Əliyevin “Exit-poll” nəticələrinə görə, təxminən 93 faiz səs toplayaraq qalib gəldiyi vurğulanıb.
Fuad Sadıqov APA TV