Azərbaycan üçün COP29 niyə əhəmiyyətlidir?

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı təşkil olunub. COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev vurğulayıb ki, Azərbaycan COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-un danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur. COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanın rolu sadəcə ev sahibliyi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında Bakı bütün dünyanın diqqət mərkəzində olacaq. COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova COP29-un keçiriləcəyi məkan kimi Bakı Stadionunun seçildiyini bildirib. COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai vətəndaş cəmiyyəti nümayəndələrinin və özəl sektorun COP29-da iştirakından bəhs edərək, onların mühüm qərarların müzakirəsi və qəbuluna cəlb edilməsinin vacibliyini vurğulayıb. COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova isə gənclərlə bağlı fəaliyyət istiqamətlərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında önəmli yer aldığını, bu sahədə mövcud təcrübələrin və qlobal layihələrin əhəmiyyətini qeyd edib. Mətbuat konfransında COP29-un loqosu da ictimaiyyətə təqdim olunub. Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Fuad Sadıqov Arif Əliyev APA TV

Müəllif | Apa.Tv
Apa.tv