Azərbaycana ət Hindistandan gətirilir – SİYAHIDA daha hansı ölkələr var?

Ötən il ərzində Azərbaycana 38 min tondan çox ət idxal olunub. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında əksini tapıb. Ölkəyə ət idxalını zəruri edən səbəb tələbatın artmasıdır. Digər tərəfdən ehtiyat həcmi də dəyişib. Müəssisələr sərfəli olduğu üçün idxal olunan əti almaqda maraqlıdırlar. Həmin ətdən kolbasa, sosis kimi məhsulların, konservlərin hazırlanmasında və dönərxana kimi yerlərdə istifadə olunur. Qeyd edək ki, Azərbaycana ət idxalı əsasən Belarus, Braziliya və Hindistandan həyata keçirilir. Rusiya ilə savaşadək bu siyahıda Ukrayna da olub.

ORXAN ASLAN TURAL ƏLİZADƏ APA TV

Müəllif | Apa.Tv
Apa.tv