Azərbaycana yeni itlər gətiriləcək
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilib. Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, bu gün dünyada 60-dan çox ölkə mina və partlamamış sursatlardan əziyyət çəkir və Azərbaycan bu siyahıda ilk sıralardadır. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə deyib ki, bu gün dünyada qlobal istiləşməni, ekoloji fəlakətləri, quraqlıq və su resurslarının azalması kimi məsələləri müzakirə edirlər, amma insanların ölümünə səbəb olmaqla yanaşı, flora və faunanın məhv etdiyini unudurlar. Minatəmizləmə Agentliyinin İdarə heyətinin sədri Vüqar Süleymanov bu günə qədər mina və partlamamış sursatlardan təmizlənmiş ərazilərin sahəsi, zərərsizləşdirilən mina və PHS-lərin sayı barədə məlumat verib. Tədbirdə, həmçinin BMT-nin Azərbaycandakı Rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi, "Beynəlxalq Avrasiya Mətbuat" Fondunun sədri Umud Mirzəyev çıxış edib.