Azərbaycanda 759 mindən çox sahibkar var

 

Azərbaycanda 759 mindən çox sahibkar var – APA TV “Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, özəl sektorun inkişafında yeni mərhələ başlayıb. Belə ki, ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 759 mindən çoxdur. Konfransda müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları çıxış edərək Azərbaycandakı turizm və biznes perspektivlərindən danışıblar. Tədbirin sonunda konfrans iştirakçıları Prezident İlham Əliyevin siyasi kursuna dəstək məqsədilə bəyanat qəbul ediblər.

LƏMAN SALEHOVA RASİM BƏHRAMİ APA TV

Müəllif | Apa.Tv
Apa.tv