Azərbaycanda beynəlxalq hotel brendləri fəaliyyətə başlayacaq – ƏTRAFLI
20232 Azərbaycanın qlobal turizm arenasında baxımından uğurlu il oldu. Bu fikirlər “İlin yekunları və COP-29 ərəfəsində çağırışlar” mövzusunda turizm sənaye subyektlərinin forumunda səsləndirilib. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Azərbaycanın bu il COP29 kimi mötəbər tədbirə ev sahibliyinin turizm sənayesinin üzərinə yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb. Azərbaycan Hotellər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov son 20 ildə paytaxt Bakı ilə yanaşı bir sıra bölgələrdə 10-larla müasir mehmanxana və yerləşmə obyektlərinin inşa olunduğunu qeyd edib. Forum çərçivəsində turizm sənayesi üzrə fəaliyyət göstərən ictimai birliklər adından Prezident İlham Əliyevin siyasətinin davam etməsini arzulayan birgə bəyanat qəbul edilib. Bəyanatda dövlət başçısı tərəfindən aparılan siyasətə tam dəstək ifadə olunub. Tədbir “Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar” və “COP-29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər” mövzusunda panel müzakirələrlə davam edib.
AYGÜN CARÇIYEVA, ARİF ƏLİYEV, APA TV