Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayı niyə kəskin azalıb?
Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayı kəskin azalıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu il ölkədə iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş, xrdabuynuzlu heyvanların sayı isə 7 mln. 223.2 min baş təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 705.1 min baş azaldığını göstərir. Bu say son 10 ilin ən aşağı həddidir. Kənd Təsərrüfatı Nazirliyi azalmanı bir sıra səbəblərlə əsaslandırır. Ekspert iri və xırdabuynuzlu heyvanların azalmasının digər səbəbini də bugünki sosial həyat tərzimizlə əlaqələndirib. Müasir həyat tərzinin şərtləri ekstensiv maldarlıq üçün əlverişli deyil. Sürətli şəhərləşmə, örüş ərazilərinin azalması da sözügedən prosesə ciddi təsir edir. Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə 5% heyvanlar cins mallardı, 14% isə süni mayalanma yolu ilə alınmış cins mallardan ibarətdir. Yerdə qalan hissənin əsasını isə nisbətən aşağı məhsuldarlıq potensialı olan heyvanlar təşkil edir. Bəs maldarlığın inkişafı üçün ölkəmizdə hansı tədbrilər görülür? Ekspert bildirdi ki, intensiv fermaların əhatəsinin daha da genişləndirilməsinə ehtiyac var. Örüş ərazilərində ot örütüyünün məhdudluğu, yemin bahalığından danışan iqtisadçı ekspert Cəfər İbrahimli isə problemin aradan qaldırılması üçün ot örtüyünün xüsusi texnologiyayla yenilənməsinə ehtiyac olduğunu bildirdi. Ekspert bildirdi ki, biz intensiv təsərrüfatlardan da istənilən effekti ala bilməmişik. Ekspert bildirir ki, intensiv heyvandarlığın inkişafı və fermerlərin yem bazasını özləri təmin etmək üçün işğaldan azad olunmuş torpaqlarda əkin sahələri, torpaq ayırmaq lazımdır. İqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, kənd təsərrüfatı sektorunun digər sahələrinin inkişafı örüş torpaqlarının, yem bazasının azalmasına gətirib çıxarıb. Ekspertlər bildirir ki, müasir metodlardan səmərəli istifadə, dövrün tələblərinə uyğun modellərdən istifadə və örüş yerləri üçün işğal olunmuş ərazilərdən yem üçün sahələrin ayrılması maldarlığın inkişafına səbəb ola bilər.
AYNUR QARA ELVİN MURADOV VÜSAL BAYRAMOV APA TV