Azərbaycanda şagirdləri “tok” vurub öldürdü – Kimdir cavabdeh?

 

Bəli, məktəbin önündə şagirdlər ölümün üzünə baxaraq hərəkət edirlər. Xüsusilə, bu, yağışlı hava şəraitində daha təhlükəli olur. Bədbəxt hadisənin yaşanmaması üçün hasara alınsa da, buna hasar demək olmaz. Məsələ ilə bağlı əvvəlcə Elm və Təhsil nazirliyi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, transformatorlar nazirliyin səlahiyyəti xaricindədir. Belə çıxır ki, təhsil ocağının həyətində hansısa şagirdə elektrik naqillərinə toxunmaya görə nəsə olsa, məktəb cavabdeh deyil? Nazirlik hər nə qədər məsuliyyətdən yayınmağa çalışsa da, ekspertlər düşünür ki, bu transformatorlara onu quraşdıran deyil, quraşdırıldığı ərazidə yerləşən qurum nəzarət etməli və cavabdehlik daşımalıdır. Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Bildirildi ki, elektrik qurğularının səs və titrəmə təzyiqləri nəzərə almaqla onların yaşayış binalarından ara məsafəsi 10 metr, müalicə profilaktika müəssisəsləri ilə isə 15 metrdənn az olmamalıdır. Bəs yaxşı niyə bu transformatorlar məktəbin hasarına bitişikdir? Əvvəl transformator qoyulub, yoxsa məktəb tikilib? Bax bu suallarımız cavabsız qaldı.

AYTƏN SAKİTQIZI

TURAL ƏLİZADƏ APA TV

Müəllif | Apa.Tv
Apa.tv