Bacısından 1 stəkan su istədi, sonra da boğub öldürdü – Sulutəpədə ailə faciəsi
Hadisə yerinə çatanda hələ İlahə dəfn edilməmişdi. Amma buna rəğmən, Həsən və İlahənin babası Nadir İmanov bizi səbrlə, təmkinlə qarşıladı. Baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatları açıqladı. Bildirdi ki, Həsən elə uşaqlıqdan əsəbi olduğu üçün evlərində tez-tez münaqişə düşürmüş. Hətta anasını belə döyürmüş. Elə bu səbəbdən də, onların evlərinə qohum-əqrəbası gəlmirmiş. Qohumları iddia edir ki, Həsən hətta nənəsini belə öldürməklə hədələyirmiş. Onu da öyrəndik ki, 19 yaşlı Həsən Kərimov və 20 yaşlı İlahə Kərimova ailədə iki uşaq olublar. Ataları ilə anası ayrıldığından onlar anları ilə birgə yaşayırmışlar. Qətlə yetirilən İlahə 9-cu sinfi bitiridikdən sonra təhsilini davam etdirməyib. Həsən isə fəhləliklə məşğul olurmuş. Hazırda faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, ibtidai istintaq davam edir.
AYTƏN SAKİTQIZI
ARİF ƏLİYEV
APA TV