Bakıda 1 saat avtobus gözləyənlər: “Səs, çirk, tüstü, basabas, ”
Paytaxtın bir çox ərazilərindən qaynar xəttimizə avtobusların gecikməsi ,tez-tez xarab olub yolda qalması barədə şikayətlər daxil olur . Sözügedən şikayətlərdən birini araşdırmaq üçün Lökbatan qəsəbəsinə yollandıq. Sakinlər mövcud vəziyyətdən şikayətçidirlər. Sakinlərlə söhbətləşərək avtobusu gözlədik və nəhayət 40 dəqiqədən sonra nəqliyyat vasitəsinin əvvəlcə səsi, sonra isə özü gəldi. Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqiliyyat Agentliyinə müraciət etdik. Qurumdan bildirdilər ki, avtobuslar müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərə məxsusdur. Sərnişindaşımada rahatlığın artırılması məqsədilə marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir. Qalib gələnlər xətlərin istismarını həyata keçirirlər. Qeyd edək ki, bu proses mərhələli qaydada həyata keçirilir. Yəni bu mərhələ hələ 206-ya çatmayıb.
SÜNBÜL HÜSEYNOVA ARİF ƏLİYEV APA TV