Bakıda kütləvi zəhərlənməyə səbəb olan dönərxana bağlandı
Məktəblilər deyirlər ki, onların bəziləri məktəbçıxışı, bəziləri isə məktəbə gələndə Binə qəsəbəsində yerləşən Şah dönər adlı məkandan dönər alıblar, daha sonra isə vəziyyətləri pisləşib. Müxtəlif məktəblərdə təhsil alan şagirdlərin valideynləri də vəziyyətdən narahatdırlar. Xəstəxananın baş həkimi Məftunə Osmanova şagirdlərin son vəziyyətləri ilə bağlı APA TV-yə açıqlama verib. Dönərxana sahibindən açıqlama almaq üçün üz tutduq “Şah Dönər”in yerləşdiyi ünvana. Sözügedən məsələ ilə bağlı AQTA-dan bildirildi ki, Agentliyin müfəttişləri tərəfindən "Şah dönər" ictimai iaşə müəssisəsinə baxış keçirilib, müəssisədə istifadə edilən bişmiş toyuq ətindən, ayrandan, dönər çörəyindən, mayonezdən, tərəvəzlərdən və digər məhsullardan nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim olunub. Onu da qeyd edək ki, zəhərlənən 21 məktəbli 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri olublar.
LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV APA TV