Bakıda zibil qablarını magistral yolun ortasına kim yerləşdirib?

 

Başı bəlalı qəsəbənin dərdi bununla bitmir. Qəsəbənin uzun illərdir salınmasına baxmayaraq, burada, su, yol, kanalizasiya problemləri sakinləri bezdirib. Ağızdolusu problemin məngənəsində üzdüklərindən danışan sakinlər deyir ki, onların yeganə istəyi 60 mindən çox sakini olan qəsəbədə istirahət üçün parkın salınmasıdır. Qəsəbənin problemlərini sadalamaqla bitmir. Binədə keçirilən qısa vaxt uzun-uzadı problemlərlə qarşılaşmaq üçün bəs edir. Belə problemlərdən biri ilə də biz rastlaşdıq. Sakinlər iddia edir ki, mövcud problemlərlə bağlı dəfələrlə Xəzər rayon İcra hakimiyyətinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Elə biz də Xəzər rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, 2 saat ərzində olunan zənglər cavabsız qaldı. Görünən o ki, sakinlərin park arzusu elə arzu olaraq da qalacaq.

Müəllif | Apa.Tv
Apa.tv