Bakıdakı Milad bayramında dua edənlər də oldu, BAXICI soruşanlar da
Milad bayramı İsa peyğəmbərin doğuşu ilə bağlı xristianların qeyd etdiyi gündür. Bu münasibətlə müxtəlif xalqlardan olan insanlar kilsəyə gəlir və ibadət edirlər. Qeyd edək ki, kilsəni ziyarət etməyə gələnlər arasında müsəlmanlar da az deyildi. Bizi təəccübləndirənlər də oldu, çünki, bəziləri kilsədə milad yox, şaman axtarırdı. Belə ki, kilsədə iki qadın yaxınlaşaraq oğlunun işlərinin yaxşı gətirmədiyini, və kilsədə baxıcı axtardığını dedi. Qeyd edək ki, Azərbaycanda xristianlığın çox qədim tarixi var. Ötnək kimi I əsrdə qədim Azərbaycan dövləti Albaniyanın xristianlığı qəbul etməsi, mömin Vaçaqanın hakimiyyətinin hər ayında bir kilsə inşa etdirməsi kimi faktları qeyd etmək kifayətdir. Hazırda da Azərbaycan tolerant ölkə olaraq bütün dinlər kimi xristianlığa da sauğı ilə yanaşır. Ermənilər məsciddə donuz saxlayan kimi tanınırlarsa, Azərbaycanın paytaxtı Bakının mərkəzindəki erməni kilsəsi hələ də qorunur.
LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV APA TV