Bakının havasını “lülə tüstüsü”nə verən obyekt cərimələndi
Bakının havasını “lülə tüstüsü”nə verən obyekt cərimələndi - APA TV Bakı şəhəri, Yasamal rayonu ərazisində, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda səyyar şəkildə fəaliyyət göstərən kababxana ilə bağlı ötən gün reportaj hazırlamışdıq. Səbəb kababxanadan havaya tüstü və iy-qoxunun yayılması, bunun isə insanları narahat etməsi idi. Bununla bağlı Ekologiya və Təbii sərvətlər nazirliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, səyyar iaşə xidməti göstərən obyektdən havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı fakt təsdiqini tapıb. ETSN sözügedən obyekti qıfıllamayıb, sadəcə cərimələyib. Çünki məkanın bağlanması onların səlahiyyəti xaricindədir. Əvvəlki reportajda qeyd etdiyimiz kimi, Yasamal Rayon İcra Hakimiyyəti də bu işin onlara aid olmadığını bildirmişdi. Əlqərəz, Elmlər Akademiyası hələ bir müddət dumanlı albiona bənzəyəcək.
AYTƏN SAKİTQIZI APA TV