Bankda uşağın adına yığılan pul boşanmalar zamanı bölünür?

Nikah dövründə ailənin ümumi əmlakının bölünməsi də çox vacib məsələlərdən biridir. Çünki, evlilik zamanı alınan və ya hədiyyə olunan əmlakların boşanmalar zamanı bölünməsi tərəflər arasında çəkişmələrə səbəb ola bilir. Hüquqşünas Cəlal Abdullayevin sözlərinə görə, nikah müqaviləsinin imzalanması tərəflərin birgə nikah dövründə əldə ediləcək əmlakların taleyini həll edə bilər. Nikah müqaviləsi imzalanmayıbsa əmlakın bölünməsi ilə bağlı 3 il müddətinə ər və ya arvad tərədindən iddia qaldırıla bilər. Bəs ümumi əmlaka nələr daxil deyil? Hüquqşünas həmçinin bildirdi ki, bankda uşağın adına yığılan vəsait də ümumi əmlaka daxil edilmir.

LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ APA TV

Müəllif | Apa.Tv
Apa.tv