“Bankların bağlanması, əhalinin banklara olan inamını azaldıb”

Son bir ildə ölkədə üç bankın fəaliyyəti dayandırılıb. Ölkədə fəaliyyət göstərən bankların sayı 23-ə düşüb. Hələ bir neçə bankın da bağlanma təhlükəsi ilə üz-üzə qalması barədə də iddialar var. Banklar bu şəkildə bağlana-bağlana gedərsə, bu hal bank sektoru üçün problemlər yarada bilərmi? Ekspertlər deyir ki, ölkədə fəaliyyət göstərən bankların sayı ölkənin ərazi ölçülərindən asılı deyil. Burda əsas məsələ Mərkəzi Bankın siyasəti, bankların necə idarə edilməsidir. Mərkəzi bank əgər hansısa bankı bağlayırsa, deməli həmin banklarda risk tənzimlənməsi düzgün qurulmur, prudensial normalara riayət olunmur. İqtisadi məsələlər üzrə ekspert Asif İbrahimli də bildirdi ki, ölkəmizdə bank sektorunun cəmi aktivlərinin ümumdaxili məhsulda payı təxminən 40%-dir və bu da iqtisadiyyatımızda bank sektorunun rolunun yüksək olduğununu göstəricisidir. Ekspert bildirir ki, Azərbaycanda bir neçə bankın bağlanması əhalinin banklara olan inamını azaltsa da, bu məsələ ölkə iqtisadiyyatına ciddi təsir etməyib.

AYNUR QARA APA TV

Müəllif | Apa.Tv
Apa.tv