Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapıldı

Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir. Qeyd edək ki, 23 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edirdi. Qızın ailəsi zorla qaçırılan 23 yaşlı övladlarının qaytarılmasını istəyirdi.

Müəllif | Apa.Tv
Apa.tv