Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çökdü, ölən var

 

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb. Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb. TƏBİB-dən bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib. Yaralılardan biri xəstəxanaya çatdırılana kimi yolda dünyasını dəyişib. Xəsarət alaraq ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtel Abbasəli qızıdır. Yas mərasimi olan ev köhnə tikili olduğundan evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb.

Emin Babayev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv