“Bıçağı saxladım ki, məni öldürmək istəsə, mən də onu vurum”

“Miatsum” idealogiyası ilə yaşayan ermənilər illərlə cəhd edib nail ola bilmədikləri istəklərini 1988-ci ildə yenidən reallaşdırmaq xülyasına düşdülər. Onlar öz planlarını həyata keçirmək üçün fəaliyyətə başladılar. Bu məqsədlə ilk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Ermənilər üçün ən vacib məsələlərdən biri Xankəndidən azərbaycanlıları çıxarmaq idi. Buna görə onlar azərbaycanlıları sıxışdırmağa başladılar. Azərbaycanlılar artıq hər yerdə ermənilərin təzyiqinə məruz qalırdılar. Mitinqlər, təzyiqlərlə kifayətlənməyən ermənilər daha da irəliyə gedib zorakılığa da əl atdılar. Xankəndi və Kərkicahan döyüş meydanına çevrildi. Azərbaycanlılar evlərini tərk etmək məcburiyyətində qaldılar. Beləliklə, Xankəndi ermənilərin nəzarətinə keçdi və qondarma “Arsax”ın “paytaxt”ı seçildi. Ermənilər “Miatsum” arzusuna çatdıqlarını düşünürdülər. Lakin onların dənizdən dənizə dövlət idealogiyasının bir parçası olan bu arzuları elə ürəklərindəcə qaldı. 1988-ci ilin 18 sentyabrında azərbaycanlılara qarşı terror hərəkatı başladılan Xankəndidə 2023-cü ilin 19 sentyabrında Azərbaycan ordusu tərəfindən antiterror əməliyyatı keçirildi. Cəmi 23 saat sonra şəhər separatçılardan azad olundu. Vaxtilə ermənilərin mitinqlər keçirdiyi meydanında artıq Azərbaycan bayrağı dalğalanır.

Müəllif | Apa.Tv
Apa.tv