Bu balığın kababı və qızartması dadlı olur – Gözə dərmandır

 

İlan balığı müharibə illərinin ən ucuz ərzağı kimi yadda qalıb. Yalamadan Astaraya kimi hər yerdə ilan balığı satanlara rast gələ bilərsiniz. Kür çayında, daxili axar su hövzələrində artan ilan balığı əsasən Neftçala, Salyan balıqçıları tərəfindən ovlanaraq bazarlara çıxarılır. Balıq ilana bənzədiyindən çoxları bu balığı yeməsə də ilan balığının öz həvəskarları var. Bu balıq yağlı olduğundan kababı və qızartması çox dadlı olur. Əvvəllər bu balığı ona görə alırdılar ki, çox ucuz və həm də dadlı balıq növü kimi süfrələri bəzəyirdi. Amma son zamanlar bu balığın alıcısı kəskin azalıb. Çoxları bunu balığın qiymətinin qalxması ilə əlaqələndirirlər. Biz də balığın qiymətini bazarda öyrənmək üçün Şirvan şəhərinin balıq bazarına yollandıq. Bazarda kiloqramı 17 manatdan 6-8 manata kimi dəyişən qiymətlərlə satılan hər növ balıq tapmaq mümkündür. Həmişə bir ədədinin qiyməti bir manatdan baha olmayan İlan balığının qiyməti indi 2-3 manat arası intervalında dəyişir. Hətta 3 manat 50 qəpiyə qədər qalxdığı vaxt da olub. İlan balığı Əvvəllər Xəzər dənizində çox olub. Son vaxtlarda ehtiyatı azalıb. Ona görə də Azərbaycan Qırmızı Kitabına daxil edilib.

Əlibəy Zeynallı Elçin Həsənli

Müəllif | Apa.Tv
Apa.tv