Bu gün Qubada dilək diləyib axar suya səməni atırlar
Bu gün Qubada dilək diləyib axar suya səməni atırlar Hər il aprel ayının ikisində Qubada “səməniatdı” mərasimi keçirilir. Rayon sakinləri bayramda yetişdirilən səməniləri arzu-niyyət edərək axar suya atırlar. Son illər isə, səməniatdı mərasimində təkcə Qubalılarla deyil, digər yerlərdən gələnlərlə də qarşılaşmaq olur. El arasında “səməniatdı” adlandırılan mərasim Qudyalçayın Quba şəhəri ərazisindən keçən hissəsindəki körpüdə həyata keçirilir. İnanca görə, arzu edib səmənini suya atan şəxsin arzusu növbəti Novruz bayramına kimi həyata keçir. Arzusu çin olan şəxs isə, növbəti bayramda yenidən mərasimə qatılır və burada şirniyyat paylayır. Qeyd edək ki, səməniatdı Qubada uzun illərdən bəri yaşadılan qədim adət-ənənələrdəndir.
Cəfər Talıb, APA TV