Bu kəndin sakinləri uzun ömürlüdür, burada mübahisələr heç vaxt polisdə bitmir

Bu kəndin yerli sakinlərinin dediyinə görə, kəndin hansı yerini qazırsan, çox qədim əmək alətləri, küp qəbirlər çıxır. Kəndin yuxarı hissəsində orta əsrlərə aid yerli əhali arasında daha çox Piri-Süleyman adı ilə tanın ziyarətgahı var. Vaxtilə həmin qəbir abidəsinin üzərində hansı dövrə və kimə aid olduğunu göstərən kitabə olub və bu kitabədə “Piri-Süleyman” yazıldığı aydınlaşıb. Dağlar arasında yerləşən Tənənəm adı ilə bağlı əsrlərdir ki, danışılan və inanılan hekayələr var. Onlardan birində bu kəndin adının “Tanrının evi” mənasını verdiyi haqqındadır. Digər bir rəvayət görə isə, bu kənd ona görə Tənənəm adlandırılıb ki, vaxtıilə kəndin ərazisində bataqlıq olub. 800 nəfərə yaxın insanın yaşadığı bu kəndin sakinlərinə tanrı uzunömürlülük payı qismət edib. Hazırda Tənənəmdə yaşı 80-100 arasında olan 30-a yaxın sakin yaşayır. Onlar yaşlarını dillərinə gətirəndə heç kim inanmır. Tənənəm sakinlərinin heç bir mübahisəyə görə polisə müraciət etmirlər. Çünki kənd sakinləri arasında qohumluq əlaqələri var və hər zaman ağsaqqalların sözü dinlənilir. Burada 14 əsrə aid olduğu bildirilən qədim Qazma mağarası da var. Bu mağaranın mövcudluğu da kəndin qədimliyindən xəbər verir. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv