“Bu məsələ ilə bağlı efirə çıxmaq istəməzdim” - Xalq artisti hönkür-hönkür ağladı

 

Yəqin tanıdınız, görkəmli sənətkarımız, xalq artisti Zemfira Nərimanova. Məsələ burasındadır ki, aktrisanın yaşadığı Azərbaycan prospekti 17 ünvanında yerləşən, memarlıq abidəsi olan tarixi binanın 5-ci mərtəbəsinin konstruksiyasına zərər vura biləcək tikinti işləri aparılıb. Binanın əsas divarlarının və kommunikasiya xətlərinin zədələndiyini görən aktrisa dəfələrlə aidiyyatı qurumlara müraciət də edib. Onun sözlərinə görə belə getsə, bina uçacaq. Çünki 5-ci mərtəbədəki Zaur adlı qonşusu təmir və artırma işləri apararkən qatar relslərindən istifadə edib. Bu da binanın yükünü bir az da ağırlaşdırıb. Səbrlə, təmkinlə sənətkarı dinləyib, qalxdıq 5-ci mərtəbəyə. Bir xeyli qapını döydük, amma açan olmadı. Məsələ ilə bağlı ilk olaraq Səbail rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ünvana yerində baxış keçirilib və hər-hansı eyvan tikintisi faktı aşkarlanmayıb, yalnız pəncərə dəyişdirilməsi müşahidə edilib. Hazırda mənzildə daxili təmir işləri aparılır və ünvan nəzarətdə saxlanılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, qeyd edilən ünvana Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilib və hər hansı tikinti halı aşkarlanmayıb. Mədəniyyət nazirliyi isə tikinti işlərinin aparıldığını təsdiqlədi. Belə ki, Mədəniyyət nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi bununla bağlı dəfələrlə xəbərdarlıq edildiyini də açıqladı.

Müəllif | Apa.Tv
Apa.tv