Bu naxçıvanlı gözətçi heyvanlarla dostluq edir

 

İnsanlarımızın pənah apardığı ziyarətgahlardan biri də Naxçıvanda yerləşən "Əshabi-Kəhf" ziyarətgahıdır. "Əhabi-Kəhf" təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Bura insanlarla yanaşı, vəhşi heyvanlar pənah gətirir. Uzun illərdir "Əshabi-Kəhf" ziyarətgahında mühafizəçi kimi çalışan Səməd Qeybullayev bu vəhşi heyvanları özünə ən yaxın dost bilir. Səməd kişi deyir ki, çalışdığı illər ərzində bura dəfələrlə vəhşi heyvanlar gəlib. Lakin o, həmin canlıların qabağına silahla yox, əliyalın çıxıb. Gündəlik olaraq iki çörək alan Səməd kişi axşamlar bu çörəkləri öz sadiq dostları ilə bölür. Burada hüzur tapan və heyvanlarla dostluq edən Səməd kişi bir vaxtlar yemlədiyi topal tülkünün bir aydan artıqdır yox olduğunu deyir. Digər dostları isə gecələr onu tək qoymur. İnanc və deyimlərə görə, "Əshabi-Kəhf' daha çox mənəvi təmizlənmə, Allaha yaxınlaşma, insanların özünü bağışlanmışlar kimi hiss edə bildiyi yerdir. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv