Bu xəstəxana 8 yaşlı uşağın haqqını yeyir
Tovuz rayonun Alakol kənd sakini Taleh Babayev 8 yaşlı oğluna əlillik ala bilməməyindən şikayətçidir. O, problemlə bağlı APA TV-nin qaynar xəttinə müraciət edib. Şikayətçi deyir ki, onun övladı Ömər Babayevin əqli geriliyi və davranış pozğunluğu var. Buna görə də oğlunun müalicə olunmasını və əlilliklə təmin edilməsini istəyir. Taleh Babayev oğlunun davranışlarındakı narahatlıqlarla bağlı əvvəlcə Tovuz rayon mərkəzi xəstəxanasına müraciət edib. Həmin xəstəxanadan Gəncə şəhər Psixiatriya xəstəxanasına göndərilib. Onun övladı 2 ay sözü gedən xəstəxanada yatıb. Oradan qayıtdıqdan sonra yoxlanışla bağlı Tovuz rayon mərkəzi xəstəxanası göndəriş verərək uşağı 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına göndərib. 1 Saylı Respublika Psixiatriya Xəstəxanasında qoyulan diaqnoz isə Gəncə şəhər Psixiatriya xəstəxanasında qoyulan diaqnozdan tamamilə fərqlidir. Vətəndaş qoyulan diaqnozdan və diaqnozun qısa vaxtda təyin olunmasından narazıdır. Vətəndaşın şikayəti ilə bağlı Respublika Psixiatriya Xəstəxanasından bildirildi ki, xəstə ilk olaraq psixoloqların konsultasiyasından keçir və İQ səviyyəsi müəyyən edilir. Sonra həkim psixiatr komissiyasından keçir və ona diaqnoz qoyulur. “Əqli gerilik” diaqnozunun təyini proseduru üçün çox vaxt tələb olunmur. Əgər vətəndaş qoyulan diaqnozdan narazı qalıbsa, yenidən göndəriş alaraq təkrar komissiyadan keçə bilər. Məsələ ilə bağlı adı hallanan Gəncə şəhər Psixiatriya xəstəxanasına yolandıq. Qurumdan problemə belə aydınlıq gətirildi. Tibb müəssisəsinin sözçüsü onu da qeyd etdi ki, Taleh Babayev yenidən xəstəxanaya müraciət etsin. O övladını bütün müayinələrdən keçirsin. Bundan sonra əlillik müəyyən edilərsə, sənədləri sistemə vurulacaq. Problem həllini tapanadək məsələni diqqətdə saxlayacağıq. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV