"Ç" və "C" səslərini düzgün tələffüz etmək üçün nə etməliyik?

 

Peşəkarlar deyir ki, " Ç" və "C" səsləri yan diş samitləri olduğundan bu samitlər tələffüz edilərkən dilin yanları üst dişlərin daxili qisimlərinə və damağa dəyməlidir. Dil çənəyə paralel və dilin ucu isə alt diş ətinə doğru mövqe almalıdır. Amma təəssüf ki, bu qaydaları blmirik və ya bilsək də əməletmirik. Yenə də cücəyə ( cucə)- çilçırağı (çılçırax) deyə səsləndiririk. Niyə? Bəs niyə qanundan irəli gələn bu məsələyə biganə yanaşılır?. Deyək ki, sadə insanlar bunu bilmir.Amma TV-də aparıcı və ya müxbirsənsə bunu bilmək ümdə borcun olmalıdır. Bayağı ifadələrlə zəngin, şivələrin, dialektlərin, ləhcələrin tuğyan etdiyi efirlərimizdə bir də düşünün "Ç" və "C" problemi var.Hansı ilə mübarizə aparasan, hansını deyəsən? Təbii ki hər problemin bəlli bir səbəbi vardır.Amma onu da bilirik ki, balıq vermək yox, balıq tutmağı öyrətmək lazımdır. Bəli, dilini , nitqini düzəltmək üçün kimdənsə möcüzə gözləməyin özü belə tənbəllikdir. Buna ciddi yanaşmaq lazımdır.Çünki nitqimiz bizim dil kartımızdır.

Müəllif | Apa.Tv
Apa.tv