Camaat ərzaqdan şikayətçidir: “Biz detektiv deyilik ki, AQTA nəzarət etməlidir”
Marketlərdə İstifadə müddəti bitmiş məhsulları yeni kimi satırlar. Ess... Bu sözləri qaynar xəttimizə şikayət edən vətəndaşlar deyir. Onların sözlərinə görə, vaxtı bitmiş məhsulların üstünə ağ kağızla yeni tarixlər vurulur və yenidən satışa buraxılır. Bu halla rastlaşan başqa vətəndaşların olub-olmadığını öyrənmək üçün paytaxtda sorğu etdik. Aldığımız cavablar qaynar xəttimizə gələn şikayətlərdən heç də seçilmədi. Bəs, istifadə müddəti bitmiş və ya bitmək üzərə olan məhsulların istifadəsi hansı fəsadlara yol aça bilər? Mövzu ilə bağlı sosial şəbəkələrdə yayılan bir post diqqətimizi çəkib. Paylaşımda fotofakt sərgilənib və şərh olunub. Belə ki, aprelin 1-də satışa çıxarılan Tərtər dovğasının üzərində aprelin 2-də hazırlandığı qeyd olunub. Təəssüflər olsun ki, bu 1 aprel zarafatı yox, nəzarətsizliyinin nəticəsidir. Qabardılan problemlə bağlı AQTA ilə əlaqə saxladıq. Müraciətimizdən sonra məsələnin nəzarətə götürüldüyü bildirildi. Qeyd edək ki, AQTA-nın rəsmi saytında daha əvvəl oxşar mövzu ilə bağlı mövqeə açıqlanıb. Agentlik bu məsələlərə çox zaman ayırmadığını etiraf edib və bəzi sahibkarların bu vəziyyətdən sui-istifadə etdiyini bildirib. Bu səbəbdən müştərilər ərzaq alarkən daha diqqətli olmalıdır. Yəni müştərilərin qida təhlükəsizliyi elə onların diqqətli seçimindən asılıdır.
LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ APA TV