Cəmi 130 sağlamlıq imkanları məhdud uşaq məktəbəqədər xüsusi təhsil müəssisələrinə cəlb edilib

Alimin timsalında neçə belə valideyn, 3 yaşlı Alimənin timsalında isə neçə belə uşaq çarəsiz durumdadır. Nə bağçalar sahib çıxır, nə də aidiyyatı qurumlar. Dolanışıqlarını təkcə Alimin aylıq maaşı ilə ödəyirlər. Balaca Alimənin aylıq dərmanları isə atasının məvacibindən 2 dəfə çox, 800 manatdır. Bu azmış kimi, bağçaların da Alimədən imtinası ailənin sosial problemləri artırır. Azərbaycanda Alimə kimi fiziki məhdudiyyətli uşaqların əksəriyyəti həmyaşıdları ilə birlikdə dövlət bağçalarına gedə bilmirlər. Bu gün dövlət bağçaları bu uşaqların üzünə niyə qapı bağlayıb? Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ölkəmizdə 130 nəfər məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaq məktəbəqədər xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrinin xüsusi qruplarında təhsilə cəlb olunub. Təsəvvür edin ki, minlərlə fiziki məhdudiyyətli uşaqdan cəmi 130-u bağçalara cəlb olunub. Halbuki Azərbaycanın müvafiq qanunvericiliyi bu uşaqların təhsil almalarını dəstəkləyir və prosesi təşviq edir. Təhsil ekspertinin sözlərinə görə, aidiyyatı qurumlar bu istiqamətdə iş görməlidirlər ki, həm valideyn, həm də uşaq özünü tam rahat şəraitdə hiss edə bilsin. Bu iş görülənə qədər isə problem problem olaraq qalacaq.

Müəllif | Apa.Tv
Apa.tv