Coratda yalnız qutab dadlı bişirilmir – küftəni belə bişirmək lazım imiş

Sadalanan ərzaqları ət maşınında çəkirik, daha sonra qarışdırırıq. Ətimiz özünə gəldikdən sonra isə küftələri hazırlayıb, duzlu su ilə isladıb bir qaba yığırıq. Duzlu su küftənin dağılmasının qarşısını alır. Bura qədər dediklərimiz hamımızın bildiklərimizdir. İndi isə Corat küftəsinin sirrini deyirik. Küftənin dadlı çıxması üçün aşpazımız əvvəlcədən ayrı bir qazanda mal və quzu ətini qaynadılır, sonra həmin suda kartofu bişirir. Həmin su isə sonda küftənin bişirilməsində istifadə edilir. Ocağa qoyulan yemək bir neçə dəqiqə qaynadıqdan sonra hazır olur. Nuş olsun!

Xədicə Səxavət, Əli Əliyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv