Çörək nə vaxt bütün satış məntəqələrində ucuzlaşacaq?

 

Azərbaycanda çörəyin ucuzlaşmasıyla bağlı xəbər yayılıb. Bildirilir ki, zavod çörəyi 60 qəpikdən 55 qəpiyə düşüb. Mağazalarda satıcılar və alıcılarla söhbətləşdik. Məlum oldu ki, çörəyin qiymətinin düşməsi kütləvi deyil. Məhəllə tipli marketlərdə çörək əvvəlki qiymətində satılır. Qiymət enməsi müxtəlif mağazalar şəbəkələrində müşahidə olunur. Bir neçə çörək zavodu ilə də əlaqə saxladıq. Bildirildi ki, zavodda çörəyin qiymətində heç bir dəyişiklik edilməyib. İqtisadçı ekspert Eldəniz Əmirov BİLDİRDİKİ Ldünya birjalarında buğdanın qiymətindəki artım, yaxud azalma Azərbaycanda çörəyin qiymətinə öz təsirini bir neçə ay sonra göstərməyə başlayır. Onun sözlərinə görə bu əvvəlki bir neçə il ərzində də belə olmuşdu, hazırda da belədir. İqtisadçi bildirir ki, cari il ərzində çörəyin qiymətində bu təxminən 3-cü endirimdir. Belə ki, əvvəl 70 qəpikdən 65 qəpiyə, sonra 65 qəpikdən 60-a, hazırda isə 60 qəpikdən 55 qəpiyə düşüb. O, ölkəmizdə çörəyin qiymətinin enməsi səbəbini belə şərh etdi. İqtisadçı bildirdi ki, çörəyin qiymətinin iri market şəbəkələrində 5 qəpik aşağı enməsi baş verirsə, bu mütləq şəkildə digər satış məntəqələrində də özünü göstərəcək.

AYNUR QARA ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv