Deputat: “Velosiped zolaqlarının çəkilməsi nəqliyyat problemini artırır”
Deputat: “Velosiped zolaqlarının çəkilməsi nəqliyyat problemini artırır” – APA TV Velosipedlərin velosiped zolağı olduğu yerdə belə, yolun digər hissəsi ilə hərəkətinin, riskli manevrlərinin də şahidi oluruq. Bu isə həm velosiped sürücülərinin özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərdik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, “28 May” metro stansiyası ətrafındakı küçələrdə aparılacaq təmir və yenidənqurma işləri zamanı piyada keçidi yol kəsişməsində təşkil edilməklə uyğunsuzluq aradan qaldırılacaq, piyada keçidi ilə velosiped zolağı yanaşı yerləşəcək. Azərbaycan prospektindəki cib tipli dayanacaq məntəqəsinə gəldikdə isə buradakı avtobus dayanacaq povilyonunda sərnişinlərin nəqliyyat vasitəsini rahat gözləmələri üçün AYNA tərəfindən müvafiq işlər görüləcək. Ekspertlər deyir ki, velosiped zolaqlarının çəkilməsi zamanı müəyyən meyarlar nəzərə alınmalıdır. Burada əsas səkilərin ölçülərinə bərabər götürülən meyardır. Deputat Hikmət Babaoğlu hesab edir ki, Bakıda velosiped zolaqlarının olmasına ümumiyyətlə ehtiyac yoxdur. Onun sözlərinə görə, çünki bu, həm şəhərin relyefinə uyğunsuzdur, həm də velosiped şəhərdə populyar nəqliyat vasitəsi deyil. Deputat deyir ki, velosiped zolaqlarını nizamsız çəkməklə nəqliyyatın hərəkətini çətinləşdirmək olmaz. Bu səbəbdən velosiped zolaqlarının çəkilməsi məsələsi yenidən qiymətləndirilməlidir.
ORXAN ASLAN HƏZRƏT BAYRAMLI APA TV