Dünyadakı bahalaşma Azərbaycanda da qiymətləri qaldırır, bəs ucuzlaşma?
Son vaxtlar qlobal ərzaq bazarında arzuolunmaz proseslər müşahidə edilir. Ən ciddi narahatlıqlardan biri isə təklifin azalması fonunda qiymətlərin artması və inflyasiyanın yüksəlməsidir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, bitki mənşəli yağlar, süd məhsulları və ət üçün artan beynəlxalq qiymətləndirmə mart ayında dünya ərzaq məhsullarının qiymətləri üzrə indeksini meyardan 1,1 faiz yuxarı qaldırıb. Bu da son yeddi ayda qeydə alınan ilk belə artımdır. Bəs görəsən qiymətlər niyə artır? Bu artım tendensiyası Azərbaycanda da bahalaşmaya səbəb olacaqmı? Ümumiyyətlə kənd təsərrüfatı məhsullarının qiymətində nə kimi dəyişiklik gözlənilir?
Ekspertlər dünyada müharibə və digər neqativ amillər səbəbindən ərzaq tədarükü zəncirinin pozulmasının Azərbaycan bazarına da təsirsiz ötüşmədiyini bildirirlər. Nəzərə alsaq ki, ölkə sıra pozisiyalar üzrə hələ də idxaldan asılıdır. Bu konteksdə digər ölkələrdə qiymət artımları Azərbaycanda inflyasiyanın səviyyəsinə birbaşa təsir göstərə bilər. Amma...
Sonda qeyd edək ki, Azərbaycanda şəkər və düyünün qiymətində cüzi artım müşahidə olunur. Amma fevral ayından etibarən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının şəkər qiyməti indeksi 5,4 faiz, düyü qiymətləri indeksi də 1,7 faiz azalıb. Görünür bahalaşmadan məlumatlı sahibkarların dünya bazarındakı ucuzlaşmadan xəbərləri yoxdur.
AYTƏN SAKİTQIZI
APA TV