Dünyadakı trend Azərbaycana da gəldi – kim nə başa düşür?!
“İnternetdə yazı qaydalarına nəzarət olmalıdır” – ALİMDƏN ETİRAZ – APA TV İnsanlar yazışma zamanı sözlərin qısaldılmış formasından istifadə edirlər və bu, demək olar ki, bütün dünyada dəbdədir. Azərbaycanda da əsasən salamlama və təşəkkür mesajlarında sözlərin saitləri silinir, sadəcə samitlərindən istifadə olunur. Məsələn, salam yox, “slm” yazırlar. Səbəb nədir? Belə yazışmalar məişət üslubu sayılsa da, bəzən rəsmi-işgüzar məktublaşmada da rastlanır. Bu isə subardinasiya qaydalarının pozulmasıdır. Halbuki orfoqrafiya qaydalarını heç bir halda pozmaq olmaz. Elçin İsmayılov deyir ki, belə halların baş verməməsi üçün internet resurslarında orfoqrafiya qaydalarına nəzarət edən qurum olmalıdır.
ORXAN ASLAN RASİM BƏHRAMİ APA TV